Dünən Cəfər Cabbarlının ev-muzeyində ümummilli lider, böyük ictimai-siyasi xadim, Heydər Əliyevin anım günü qeyd olundu. Tədbiri giriş sözü ilə açan C. Cabbarlının ev-muzeyinin direktoru Gülarə Cabbarlı ulu öndərin həyat və fəaliyyətindən, xalqımızın mənəvi dəyərlərinin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən söz açdı. Muzeyin yaranmasında və C.Cabbarlı irsinin tədqiq olunmasında H.Əliyevin rolunun danılmaz olduğunu diqqətə çatdıran muzey direktoru, ümummilli liderlə bağlı xatirələrini dilə gətirdi. C.Cabbarlının heykəlinin müəllifi Mirəli Mirqasımovun həyat yoldaşı Gültəkin Mirqasımova isə bu abidə kompleksinin araya-ərsəyə gəlməsində H.Əliyevin dəstəyindən danışdı.

Daha sonra çıxış edən əməkdar müəllim Ənvər Vəliyev ulu öndərə həsr etdiyi şeirini oxudu. Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə Heydər Əliyevin kino sahəsinə göstərdiyi qayğıdan bəhs etdi. Tədbirdə İncəsənət Gimnaziyasının şagirdləri Nəzrin Zülfüqarova, Mehman Fətullayev, Tural Kamilli və Arzu Bayraməliyevanın ifasında ədəbi-bədii kompozisiya təqdim olundu. Sonra qonaqlar C.Cabbarlının abidəsinin açılması ilə bağlı sənədli filmdən fraqmentlərə tamaşa etdilər.

Turan