«Qarabağdır Azərbaycan» filmi «Sineallianse»in xətti ilə ekranlaşdırılıb 
   
   Elxan Cəfərovun rejissoru olduğu 20 dəqiqəlik sənədli film «Qarabağdır Azərbaycan» adlanır. Eyniadlı əsərin müəllifi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun böyük referenti Altay Səfərovdur. Film əsirlikdə özünü qəhrəman kimi aparmış Fərhad Atakişiyevin timsalında bütün şəhidlərə ithaf olunub. Filmdə arxiv materiallarından istifadə olunmayıb. Döyüş və digər səhnələr kollektiv əməyin sayəsində lentə alınıb. Filmin çəkilişində milli təhlükəsizlik naziri Eldar Mahmudovun tövsiyələri nəzərə alınıb. Əsər «Sineallianse»in xətti ilə ekranlaşdırılıb.
  
   Aytək