Türk kinematoqrafçıları şair Nazim Hikmət haqqında film çəkəcək. “Karşıyaka Məmləkət” adlı filmdə Nazım Hikmət obrazını məşhur aktyor Tarık Akan oynayacaq. Türkiyə mətbuatının yazdığına görə, filmin ssenarisi hazırdır.
   Tarık Akan ssenarini açıqlayıb: “Nazım Hikmətin Türkiyədən çıxmasından, Rusiyada vəfat etdiyi ana qədər sürgündə keçən illər canlanacaq. Çəkilişlər Rusiya, Azərbaycan, Çexiya, Bolqarıstan və Kubada aparılacaq. Filmin büdcəsi 4 milyon dollardır. Hər şey hazırdır. Bolqarıstan və Kubadakı çəkilişlər üçün dəstək aldıq”.