Türkiyənin Artvin vilayətinin Hopa bölgəsində Qafqaz Film Günləri keçiriləcək. Avqustun 9-13-də keçiriləcək I Qafqaz Film Günləri çərçivəsində Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya və Türkiyədən 5 tammetrajlı filmlə yanaşı, sənədli filmlər də kinosevərlərə təqdim ediləcək.
   Film günlərində ölkəmiz rejissor Hüseyn Mehdiyevin ata-qız münasibətlərinin ziddiyyətli şəkildə təqdim edildiyi "Başqa zaman" filmi ilə təmsil olunacaq.
   Festival çərçivəsində bədii və sənədli filmlərlə yanaşı azyaşlı tamaşaçılar üçün cizgi filmləri də nümayiş etdiriləcək. Qeyd edək ki, Qafqaz Film Günlərinin gələn ildən etibarən Qafqaz Filmləri Festivalına çevrilməsi planlaşdırılır.