Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində “Bəstəkar Oqtay Rəcəbov” sənədli filminin istehsalı başa çatıb.
   Film tanınmış bəstəkarın yaradıcılığına və pedaqoji fəaliyyətinə həsr olunub. Ekran əsərində Oqtay Rəcəbovun müxtəlif janrlarda bəstələdiyi musiqi əsərlərindən, musiqi təhsilinə gətirdiyi yeni təlim sistemindən bəhs edilir.
   Yaxın günlərdə təqdim ediləcək ekran əsərinin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Ənvər Əbluc, operatoru Mətləb Yaqubovdur.