Bu vaxt sentyabrın 18-dən 23-dəkdir. Azərbaycanda XI “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalı 2009-cu ilin Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq keçirilməsi nəzərdə tutulub. Açılış mərasimi Heydər Əliyev Sarayında olacaq festivalda Azərbaycanla yanaşı, Rusiya, Estoniya, Polşa, Bolqarıstan, İran və digər ölkələrdə istehsal olunan filmlərin nümayişi gözlənilir.
   Festival MDB və Baltikyanı dövlətlərin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının dəstəyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondunun təşkilatçılığı ilə baş tutacaqdır. Artıq festivalın təşkilat komitəsi Azərbaycan Kinematoqrafçılar İttifaqında jurnalistlərin akkreditasiyasını həyata keçirib.
   Xatırladaq ki, “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalı 1996-cı ildən keçirilir.