Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyevin verdiyi məlumata görə, bu yaxınlarda Bakıda Çarli Çaplinə həsr olunan tədbir keçiriləcək. Onun sözlərinə görə, tədbirdə tanınmış gülüş ustası ilə bağlı video çarxlar nümayiş olunacaq. Bundan başqa aktyorun həyat və yaradıcılığından bəhs edən sərginin də təşkil olunması nəzərdə tutulur.
   Bundan başqa hind aktyoru Rac Kapura həsr olunan tədbirin də keçirilməsi planlaşdırılır.
   Hazırda Hindistanın Kino Mərkəzi və Beynəlxalq Arxiv İdarəsi ilə danışıqlar aparılır.