Azərbaycan ilk dəfə olaraq 33-cü Monreal Film Festivalında iştirak edəcək. Artıq başlayan və sentyabrın 7-dək davam edəcək festivalda ölkəmiz tanınmış rejissor Şamil Nəcəfzadənin “Qala” filmi ilə təmsil olunacaq.
   Festival çərçivəsində Azərbaycanla yanaşı, dünyanın 30-a yaxın ölkəsinin istehsalı olan filmlər nümayiş olunacaq. Xatırladaq ki, Ş.Nəcəfzadənin bu ekran işi “Oskar” mükafatı uğrunda “Ən yaxşı xarici film” nominasiyasında mübarizəyə qatılıb.
   Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının “United multimedia projects” şirkəti ilə birgə istehsalı olan “Qala” filmini Şamil Nəcəfzadə özünün və Ramiz Rövşənin yazdığı ssenari əsasında lentə alıb. Filmin operatoru Kənan Məmmədovdur.
   Filmdə əsas rolları Rasim Balayev, Vidadi Həsənov, Məbud Məhərrəmov, Firəngiz Mütəllimova və başqaları ifa edir.