Türkiyədə ilin ən iddialı teleserialı üçün 1 milyon lirəyə ev tikilib. Bu il Türkiyədə ilin ən iddialı teleserialı olan “Xanımın çiftliyi”nin ilk bölümü bu həftənin cümə günü “Kanal D”də nümayiş olunacaq.
   Özgü Namal və Mehmet Aslantuğun baş rollarda çəkildiyi teleserial ailələrinin təzyiqiylə sevgilərindən geri çəkilən və pul qarşılığında satılan gənc qızın dramından bəhs edir.
   “Gold Film”in çəkdiyi bu teleserial üçün heç bir məsrəfdən çəkinilmir. Məsələn, Adanada bir fermerə məxsus bağ evi uçurulub və ssenariyə uyğun yeni ev tikilib. Evin tikintisinə, dizaynına ümumilikdə 1 milyon türk lirəsi xərclənib.
   Çəkilişlər başa çatdıqdan sonra ev ərazi sahibinə əvəzsiz olaraq veriləcək.