Rəşad Əsgərzadə
   
   İsmayıllı rayonu, Mollaisaqlı kənd orta məktəbinin X sinif şagirdi.
   
   Ər oğlu ər olar
   
   Ey millət, bir olaq, bir yumruq olaq,
   Gəlin həmrəy olaq, həmfikir olaq.
   İnamla, İlhamla gedək irəli,
   Bu ərən oğlunun dayağı olaq.
   
   Müstəqil dövləti qurubdu, baba
   Bir dövlət yaradıb özülü möhkəm.
   Milləti çıxardı nurlu sabaha,
   İşıq içindədir o gündən ölkəm.
   
   Fəxr edir millətim azad dilim var,
   Muğanım, Şirvanım, Gəncəm, Milim var.
   Sıçrayış yoluyla İlham addımlar,
   Ər oğlu əzəldən elə ər olar.
   
   
   Azərbaycan əsgəri
   
   Ayağa dur, Azərbaycan əsgəri,
   Üzbəüz qaz düşmən ilə səngəri.
   Göydə qalsın düşməninin əlləri,
   Hünərini göstər meydan içində.
   
   Geri qaytar Laçını, Kəlbəcəri,
   Mərdlər yurdu o qalalı səngəri.
   Xocalının ahı tutdu göyləri,
   Düşmənini öldür al-qan içində.
   Şəfiqə müəlliməyə
   
   Sən öyrətdin mənə yazı yazmağı,
   Yaxşı sözü pis sözdən ayırmağı.
   Körpə barmaqlarla bir-bir saymağı,
   Şəfiqə müəllimə.
   
   Zirvə kimi uca oldun gözümdə,
   Sənsən hər gün söhbətimdə, sözümdə.
   Bənzərin yox insan kimi dözümdə,
   Şəfiqə müəllimə.
   
   Anam məni bu dünyaya gətirib,
   Müəllim də bu dünyanı öyrədib.
   Gözlərimdə sənsən ən böyük ədib,
   Şəfiqə müəllimə.
   
   
   May günündə kəndimiz
   
   Yazın isti nəfəsi,
   Çəmənlərə yayılır.
   Donmuş ana təbiət,
   İlmə-ilmə oyanır.
   
   Gül-çiçəklər açılır,
   Günəşdən nur saçılır.
   Gül qoxusu duyulur,
   Təbiət nəfəsindən.