“İmper Qrup” Prodüser Mərkəzinin istehsal etdiyi «Bir addım» qısametrajlı bədii filmi 21-28 sentyabrda Gürcüstanda keçirilən Batum Beynəlxalq kinofestivalında Azərbaycanı təmsil edəcək.
   Xatırladaq ki, film 2009-cu ildə «İmper Qrup» Prodüser Mərkəzində Mədəniyyət və Turizim Nazirliyinin keçirdiyi «Bu meydan, bu ekran-2008» musabiqəsinin qalib kinolayihəsi kimi istehsal olunmuşdur. Filmin rejissorları Fariz Əhmədov və Nərgiz Bağırzadə, ssenari müəllifi Alina Abdullayeva və Nərgiz Bağırzadə, quruluşçu operatoru Tarıverdi Tarıverdiyev, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rauf Aliyev prodüserleri isə Fariz Əhmədov və Raşad Qasımovdur. Filmin bədii rəhbəri Cəmil Quliyevdi. Baş rollara Gülzar Qurbanova, Pərviz Məmmədrzayev və Nərminə Kərimova çəkiliblər.  

   Aytək