“Ritm production” kino şirkətinin direktoru Xaqani Həşimovun verdiyi məlumata görə, “40-cı qapı” bədii filmi 10-15 noyabr 2009-cu il tarixlərində Almaniyada keçirilən Beynəlxalq Cottbus Kino Festivalında 2 nominasiya üzrə - «The International Film Guide Inspiration Award” və “Prize of the Ecumenical Jury with a Special Mention” mükafatlarına layiq görülüb.
   Münsiflər tərəfindən əsas bölmədə müsabiqəyə dünyanın 36 ölkəsindən 11 film seçilib.
   Filmin rejissoru Elçin Musaoğlu və aktyor Rövşən Ağayev 18 noyabrda Beynəlxalq Bursa Kino Festivalında iştirak üçün Türkiyəyə yola düşmüşlər.
   Xatırladaq ki, “40-cı qapı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Ritm production”da çəkilib.