Böyük Vətən müharibəsində qələbənin 65 illiyi və Krım Azərbaycan İcmasının yaradılmasının 20 illiyi münasibətilə yarımadanın alman faşistlərindən azad edilməsində rol oynamış azərbaycanlı əsgərlər haqqında film çəkiləcək. İcmanın sədri Rəhim Hümbətovun hazırladığı ssenaridə Simferopolun azad edilməsində qəhrəmanlıq göstərmiş 77-ci Azərbaycan diviziyasının döyüş yolundan bəhs olunur. Filmdə partizan dəstələrinin tərkibində Krım dağlarında döyüşmüş azərbaycanlılardan da danışılacaq. Filmin həm Ukrayna, həm də Azərbaycan telekanallarında nümayişi nəzərdə tutulur.