Minskdə keçirilən “Xəzan-2009” kinofestivalında Azərbaycanı Oqtay Mirqasımın “Salam, mənim mələyim” filmi təmsil edəcək.
   Xalq artisti O.Mirqasım noyabrın 19-da Minskdə keçirilən mətbuat konfransında bu filmə qədər müxtəlif janrlarda 40-a yaxın ekran əsərini çəkdiyini bildirmişdir.
   Rejissor filmdən söhbət açarkən, öz yeganə övladını - oğlunu dolandırmaq üçün hər cür əziyyətlərə qatlaşan, teatrda gedən çəkişmələrə, intriqalara dözən, keçmiş zabitin dul arvadı aktrisa obrazı yaratdığını bildirib.