Dekabrın 17-dən 19-a qədər Bakıda Türk Filmləri Həftəsi keçiriləcək. Azərbaycanlı kinosevərlər üç gün ərzində «Yaşamın kıyısında», «Mutluluk», «Günəşi gördüm» və «Üç meymun» filmlərinə tamaşa edə biləcəklər. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək bu tədbir son dövrlər türk kinosunun ən önəmli və çox mükafat alan filmlərini bir araya gətirir. Həftənin açılışına tanınmış rejissor Fatih Akının «Yaşamın kıyısında» adlı filmlə start veriləcək. Filmlər Azərbaycan Dövlət Mahnı Teatrında nümayiş olunacaq. Maraqlananlar dəvətnamələr üçün Türkiyənin Bakıdakı səfirliyinə müraciət edə bilərlər. Beləliklə, B2C AJANS-ın təşkilatçılığı ilə reallaşacaq «Türk Filmləri Həftəsi-2009» üç gün ərzində azərbaycanlı kinosevərləri bir araya gətirəcək.    

  Mehparə