“Nərimanfilm” kinostudiyasında çəkilən “Sonet-129” sənədli filmi “Qızıl şəbəkə” 1-ci Beynəlxalq Müəllif Kinosu İnternet-Festivalının “İkinci nəfəs” nominasiyasında münsiflər heyətinin böyük mükafatını qazanıb. “Sonet-129” sənədli filminin rejissoru İlqar Səfatdır. İ.Səfat 2002-ci ildə Moskvada ali ssenaristlər və rejissorlar kursunu bitirib. Həmin il “Dağın nəvəsi” filmini çəkib. Film dəfələrlə Avropanın müxtəlif ölkələrində Azərbaycanı təmsil edib. Ali kursu bitirdikdən sonra gənc rejissor ilyarım Xabarovskda - Uzaq Şərq Kinoxronika Studiyasında rejissor işləyib. Orada “Səma kökləri” filminə görə (2003) mükafata layiq görülüb. Ümumilikdə, rejissor 10-dan çox film çəkib.