Məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı, hazırda Almaniyada yaşayan Əzizə Mustafazadə, haqqında çəkilən filmlə əlaqədar vətənə gəlib.
   Qeyd edək ki, Almaniyanın ARD telekanalı caz ifaçısı Əzizə Mustafazadənin həyatı və yaradıcılığı haqqında sənədli film hazırlayır. Çəkiliş qrupunun rəhbəri Aleksandr Stenzelin verdiyi məlumata görə, onlar Əzizə Mustafazadənin dəvəti ilə Bakıya gəliblər.
   Yanvar ayının 25-dən Bakıda olan çəkiliş qrupu şəhərin müxtəlif yerlərində, eləcə də, Vaqif Mustafazadənin ev muzeyində çəkilişlər aparıb. Bu gün onlar işlərini yekunlaşdırıb Almaniyaya qayıdacaq. Əzizə Mustafazadə haqqında çəkilən film isə elə həmin telekanalda nümayiş olunacaq.