Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Səidə Quliyeva yeni filmdə çəkilib. Bu barədə açıqlama verən aktrisa bildirib ki, filmdə baş rollardan birini oynayıb.
   Rejissor Ülviyyə Könüllə bir araya gələn aktrisanın sözlərinə görə, dövlət sifarişi ilə lentə alınan və bir seriyadan ibarət olan filmin hazırda montaj işləri gedir. “Vəkil hekayətləri” adlanan filmdə əməkdar artist, ana obrazını canlandırıb.
   S.Quliyevanın filmdəki tərəf-müqabilləri Bəhram Bağırzadə, Qorxmaz Əlili, Fuad Osmanov, Naina İbrahimova, eləcə də gənc aktyorlar Toğrul Rza, Rövşən Kərimduxtdur. Qeyd edək ki, filmin ssenari müəllifi Ramiz Fətəliyevdir.