Fevralın 8-də Azərbaycan Kinematoqrafçılar İttifaqında İran Kino Günlərinin açılış mərasimi keçirilib. Açılış mərasimində İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhrami çıxış edərək, Şərq aləminin və İranın istehsal etdiyi filmlərin daha çox insani dəyərlərə üstünlük verdiyini bildirib.
   Mərasimdə iştirak edən Azərbaycanın xalq artisti Rasim Balayev, Azərbaycan və İran dövlətləri arasında gələcəkdə mədəni əlaqələrin daha da inkişafı üçün müştərək mövzuda filmlərin işlənəcəyinə inandığını bildirib. Açılış mərasimindən sonra tamaşaçılar İran istehsalı olan "Boş əllər" filmini izlədilər. Əlavə edək ki, dünən İran Kino Günləri çərçivəsində əslən Cənubi Azərbaycandan olan məşhur rejissor Məcid Məcidinin "Sərçələrin nəğməsi" adlı filmi nümayiş etdirildi.