“Avatar” oğurluqdurmu?
   
   «Avatar» filminə qarşı oğurluq iddiaları hələ də gündəmi təqib edir. Ən bahalı film kimi rekord qıran Ceyms Cameronun «Avatar» filminin bir elmi-fantastik romandan oğurlanılması və Roger Deanın müəllifi olduğu rəsmləriylə eyni olduğu söylənilir. «Avatar» filmində əks etdirilən Pandora planetində baş verən hadisələr Boris və Arkadi Strugatski qardaşlarının «Noon Universe» əsərində təsvir olunanların oxşarıdır. Hətta Cameronun filmindəki navi adlı irq kitabda nave adı ilə qeyd olunub. Film və kitabdakı hadisələr 22-ci əsrdə cərəyan edir.
   Digər bir iddiada isə filmdəki görüntülərin əksərinin Roger Deanın rəsmlərindən oğurlanıldığı deyilir. Bütün bunlara rəğmən rejissor Ceyms Cameron hər şeyi təkzib edir.
   
   Kimlərə yaltaqlanırıq?
   
   C. Cameronun filminin oğurluq olduğunu iddia edənlər sırasında olan türk kino rejissoru Bayülgen şənbə günü «Disco kralı» proqramında Cameronu əmək oğrusu adlandırıb və filmlə bağlı odlu-alovlu fikirlərini tamaşaçılarla bölüşdü: “Gördüyünüz vizual effektlər əslində illər öncə çəkilmiş rəsmlərdən oğurlanıb. Cameron təkzib etsə də, «Avatar» adıçəkilən roman və Roger Deanın rəsmlərindən oğurlanmış filmdir. Onun bu oğurluğuna qarşı çıxıb “sənə ayıb olsun” demək əvəzinə, biz onu dəstəkləyib filmini ən bahalı filmlər sırasında 1-ci edirik. Bütün dünyanın diqqətini cəlb edən bu hadisəni, nədənsə, bizim kino tənqidçilərimiz heç müzakirə belə etmirlər. Kimsə yerindən qalxıb bu adamın oğurluq filmə görə «Oskar»a sahib olmasına əngəl ola bilmir! Biz niyə axmaq kimi burda otururuq? Bizim yazıçılarımız niyə danışmır? Bu qədər susub yaltaqlanmağa səbəb nədir? Türk filmlərini tənqid atəşinə tutduğunuz halda, indi niyə səsinizi çıxarmırsınız?”
   
   «Avatar» «Oskar» alacaqmı?
   
   Bu il keçiriləcək «Oskar» kinofestivalına “Avatar” «Ən yaxşı film» və «Ən yaxşı rejissor» nominasiyasına namizəddir. Hamını yalnız bir sual maraqlandırır: «Avatar» «Oskar»ı qazana biləcəkmi? Kino tənqidçiləri tərəfindən yaxşı rəy qazanmış bu film, Cameronun istedadır, yoxsa kimlərinsə «Avatar»ı «Oskar»da qalib görmək arzusu?... Bu sual həyəcanla gözlənilən 7 mart tarixində keçirilən «Oskar» mükafatında öz cavabını tapacaq. Bizə isə həmin vaxtı səbirlə gözləmək qalır.
   
   Hazırladı: Yeganə