Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə «Ritm production» şirkətində istehsal olunmuş «40-cı qapı» bədii filmi fevralın 26-dan martın 4-nə kimi Xanti Mansiyskdə keçiriləcək VIII Beynəlxalq “Dux Oqnya” festivalına dəvət alıb. Filmin prodüseri Xaqani Həşimovun sözlərinə görə, bu festivalda filmin rejissoru Elçin Musaoğlu və baş rolun ifaçısı Rövşən Ağayev də iştirak edəcək. Prodüser bildirib ki, «40-cı qapı» Sinqapur, Honq-Konq, Tayvan, Yaponiya və s. ölkələrin festivallarının proqramına daxil edilib. Filmin 19 nüfuzlu festivaldan 7 mükafat qazandığını deyən Xaqani müəllim bu uğurun davam edəcəyinə ümid etdiyini vurğulayıb. Qeyd edək ki, «40-cı qapı»nın Azərbaycan premyerasının 2010-cu ilin aprelində Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır.