Martın 13-dən 20-dək İsveçrədə “24th Fribourq” Beynəlxalq Film Festivalı keçiriləcək.
   “İmper Qrup” prodüser mərkəzində istehsal olunmuş “Bir addım” qısametrajlı bədii filmi festivalın proqramına daxil edilib.
   Mədəniyyət və Turizm Nazirliyinin “Bu meydan, bu ekran-2008” müsabiqəsinin qalib kinolayihələrindən biri olan «Bir addım» 2009-cu ildə lentə alınıb.
   Fariz Əhmədov və Nərgiz Bağırzadənin quruluş verdiyi filmin ssenari müəllifi Alina Abdullayeva və Nərgiz Bağırzadədir. Filmin operatoru Tanrıverdi Tanrıverdiyev, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rauf Əliyev, prodüserləri Rəşad Qasımov və Fariz Əhmədovdur.
   Baş rollarda Gülzar Qurbanova, Pərviz Məmmədrzayev çəkiliblər. Xatırladaq ki, «Bir addım» bundan əvvəl Serbiyada keçirilən festivaldan mükafatla dönmüşdü.