Aprelin 1-də Azərbaycan Kinematoqrafçılar İttifaqında görkəmli ssenarist Həsən Quliyevin 75 illik yubileyi qeyd olunacaq. Bu haqda qəzetimizə məlumatı ittifaqın katibi Əsəd Əsədov verdi. Həsən Quliyev müxtəlif sənədli filmlərdə ssenari müəllifi kimi çalışıb. Qurban Səidin «Əli və Nino» və digər əsərlərinin Azərbaycanda çap edilməsi də Həsən müəllimin təşəbbüsü ilə baş tutub. Qeyd edək ki, Həsən Quliyev filologiya elmləri doktoru, professordur. Kino tarixi və nəzəriyyəsinə dair onlarla məqalənin müəllifidir.