Müasir Azərbaycan kinosunu təbliğ və yeni çəkilmiş filmlərimizi geniş tamaşaçı auditoriyasına təqdim etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi aprel ayının 6-dan 10-dək Azərbaycan Kinosu Həftəsi keçirir.
   
   Azərbaycan Kinosu Həftəsinin tədbirlər planı:
   6 aprel, saat 19.00. Rejissor Samir Kərimoğlunun “Niyyət” bədii filminin təqdimatı. Heydər Əliyev Sarayı
   6-10 aprel. Regionlarda yeni Azərbaycan filmlərinin nümayişi. Sabirabad, Dəvəçi, Şirvan, Hacıqabul, Xaçmaz, Xırdalan, Göyçay, Gəncə, Yevlax şəhərləri
   8 aprel, saat 15.00. Sumqayıt şəhərində “Gənclərin qısa filmləri” proqramına baxış və yaradıcı gənclərlə görüş. (“Ev”, “Bir addım”, “Qanadlarıma sığal çək”), İştirakçılar: S. Kərimoğlu, A. Abdullayeva, Asif Rüstəmov . Sumqayıt şəhəri, “28 May” Mədəniyyət evi
   8 aprel. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində gənc rejissorlarla görüş və “Nəfəs”, “Düyün”, “Qocalar” qısametrajlı filmlərə baxış
   7 aprel, saat 11.00. 3 №-li Şağan Uşaq evində “Cəsur təyyarə” və “Xeyirxah kirpi” cizgi filmlərinə baxış
   10 aprel. N saylı hərbi hissədə “Cavad xan” filminin nümayişi
   8-9 aprel. 4 №-li qadın və 15№-li İslah əmək müəssisələrində “Məhkumlar” və “Niyyət” bədii filmlərinin nümayişi.
   9 aprel. Dövlət Film Fondunda görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin 90 illiyinə həsr olunmuş xatirə gecəsi
   9 aprel. Heydər Əliyev Fondu ilə birgə “Salnamə” sənədli filmlər studiyasında istehsal edilmiş Qala qoruğu haqqında sənədli filminin Əzizbəyov rayonunda premyerasının təşkili. Əzizbəyov rayon Mədəniyyət Evi
   9 aprel, saat 18.30. Sənədli filmlər axşamının keçirilməsi (“İçərişəhər. Əsrlərin daş yaddaşı”, “Azərbaycan xalçası”, “Azərbaycan motivləri”). Kinematoqrafçılar İttifaqının zalı
   10 aprel, saat 19.00. “Ey həyat, sən nə qəribəsən!” sənədli filminin təqdimatı Dövlət Filarmoniyası