12 - 23 may tarixlərində keçiriləcək 63-cü Kann Beynəlxalq Film Festivalının açılış mərasimi Ridley Skotun çəkdiyi «Robin Qud» filmi ilə açılacaq. Ekran əsərində baş rolu «Qladiator» filmindən daha yaxşı tanıdığımız Rassel Krou oynayır. Rassel Kroudan öncə Robin Qud xarakterini Errol Flynn, Sean Konneri və Kevin Kostner yaradıb. Əlavə edək ki, Kann festivalının «Short Film Corner» bölməsində Türkiyənin Bursa vilayətinin «İnSanat» dərnəyində istehsal edilmiş «Daraçı» qısametrajlı filmi də nümayiş olunacaq.