«Oskar» mərasiminin təşkilatçıları gələn il bu mükafatın nə vaxt keçiriləcəyini indidən təyin ediblər. 83-cü «Oskar» mərasimi 2011- ci il fevralın 27-də “Kodak” kinoteatrında keçiriləcək. Qeyd edək ki, builki mərasim Qış Olimpiya oyunlarının (Kanada, Vankuver) başlanması ilə əlaqədar mart ayında keçirilmişdi. Təşkilatçılar növbəti ilin «Oskar» namizədlərinin adlarını 25 yanvarda açıqlayacaqlar.