Azərbaycan Kinosu Həftəsi çərçivəsində aprelin 7-də Əzizbəyov rayon Mədəniyyət Evində Heydər Əliyev Fondu ilə birgə “Salnamə” sənədli filmlər studiyasında istehsal edilən “İz... Qala” sənədli filminin premyerası reallaşacaq. Filmdə qədim Bakıətrafı kəndlərdən biri olan Qala kəndinin zəngin tarixi, iki il əvvəl Heydər Əliyev Fondunun himayəsi altında Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yaradılmasından bəhs edilir. Filmin ssenari müəllifi Nadir Bədəlov, rejissoru Şamil Əliyev, operatoru Elşən Əliyevdir.