Son illər gənclərin yaratdığı qısametrajlı bədii filmlərdən bir neçəsi bu dəfə Sumqayıt tamaşaçılarına təqdim edilib. Filmlərin nümayişi aprelin 8-də Sumqayıt Şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində baş tutub. Onu da qeyd edək ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi “Azərbaycan kino həftəsi” çərçivəsində təşkil edilib.