Məşhur rejissor Stiven Spilberqin «Dream Works» şirkəti «Discovery» telekanalı ilə birlikdə «Gələcək torpaq» adlı televiziya serialının çəkilişi barədə razılığa gəlib. Serialda tanınmış rejissor bəşəriyyətin yaxın 25, 50 və 100 ildə necə formalaşacağı haqqında proqnozları yer alacaq. Rejissorun bildirdiyinə görə, «Discovery» kanalı ilə əməkdaşlıq ona Yer planetinin gələcək taleyini əks etdirmək üçün unikal materiallar verib. Serialda müasir dövrün ən tanınmış araşdırıcıları da iştirak edəcək. Onlar tibbin, hərbin, iqtisadiyyatın gələcəkdə hansı formada olacağı barədə proqnozlarını söyləyəcəklər. Qeyd edək ki, bu, Spilberqin «Discovery» kanalı ilə birgə ilk layihəsi deyil. «Dream Works» şirkəti bundan əvvəl stereoskopik serialın çəkilişlərini də sözügedən kanalla birgə işləmişdi.