Tanınmış rejissor Eldar Ryazanovun «İşdə məhəbbət macərası» filminin rimeyki çəkiləcək. «Leopolis» şirkətinin yaydığı məlumata görə, onlar filmin hazırlıq işlərini başa çatdırıblar. Ekran əsərinin yaradıcı prodüseri Nikolay Kovbas bildirib ki, filmdə hadisələr təkcə Moskvada deyil, həm də Dubayda cərəyan edəcək: «Müasir dövrün gəncləri Eldar Ryazanovun filmlərini çox sevirlər. Amma «İşdə məhəbbət macərası» filminin qəhrəmanlarını lazımi səviyyədə anlaya bilmirlər. Məsələn onlar anlaya bilmirlər ki, böyük bir ofis kompyutersiz necə işləyə bilər. Üstəlik 21-ci əsrin yumoru öz istiqamətini dəyişib. Buna görə də filmin rimeykini çəkməyə qərar verdik».
   Yeni versiyanın daha çox gənc tamaşaçılar üçün nəzərdə tutulduğunu deyən prodüser filmin maraqla qarşılanacağını bildirib.