Dövlət Film Fonduna Rusiya Kino-Foto Sənədlər Arxivindən Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri ilə bağlı kinoarxiv materialları daxil olub. Fondun rəhbəri, Əməkdar incəsənət xadimi Cəmil Quliyevin verdiyi məlumata görə, bu materiallar SSRİ Xalq rəssamı Tahir Salahova və görkəmli bəstəkar Qara Qarayevə məxsusdur. C.Quliyevin sözlərinə görə, bu materialların axtarışı əməkdaşlarının araşdırması nəticəsində Mədəniyyət və Turizm Nazirliyin dəstəyi ilə baş tutub. Kinoarxiv materiallardan biri 1958-ci ilə, digəri isə 1970-ci ilə aiddir.
   C. Quliyev onu da bildirib ki, mayın əvvəllərində Dövlət Film Fondunun təşkilatçılığı ilə Adil İsgəndərovun 100 illik yubiley tədbirinin keçirilməsi nəzərdə tutulur.