1962-ci ildən «Ceyms Bond» filmlərinin istehsalını həyata keçirən EON şirkəti bu filmin çəkilişlərini dayandırdığını elan edib. «Agent - 007» filmlərinin dünya prokatına nəzarət edən «Metro-Goldwyn-Mayer» (MGM) 3,7 milyard dollar ziyana gedəndən sonra satışa çıxarılıb. EON şirkəti tez bir zamanda alınmadığına görə, «Ceyms Bond» filmlərinin istehsalını dayandırmalı olub. Yeni film aktyor Daniel Kreyqin 3-cü «Bond»u olacaqdı. Hətta filmə «Oskar» mükafatçısı, rejissor Sem Mendes tərəfindən quruluş veriləcəyi də müzakirə edilirdi. Qeyd edək ki, «Bond filmləri» Britaniya kino sənayesinə milyonlarca dollar qazandırırdı. Vəziyyətin ağır olmasına baxmayaraq, sifarişçi EON şirkəti sifarişin hələ tam ləğv edilmədiyini, istehsalın sadəcə qeyri-müəyyən vaxta təxirə salındığını bildirir.
   Qeyd edək ki, minlərlə filmin dünyada tanınmasına və istehsalına uğurla imza atmış MGM şirkətinin çökməsi ötənilki iqtisadi böhrandan sonra yaranıb. Amma sonuncu iki «Bond» şirkətə 1,2 milyard dollar gəlir gətirmişdi.