Keçən həftə Türkiyədə nümayişi başlanan yeni “Siyah Bəyaz” filmi 13 yaşlı Cem Anıl adlı dahi uşağı da ortaya çıxardı. O, filmin bəstəkarıdır.
   Rejissor Ahmet Boyacıoğlu Cem Anılın bəstələrindən istifadə edərkən heç tərəddüd etmədiyini söyləyir. Hələ musiqi təhsili alan Cem piano ifaçılığına 9 yaşında başlayıb və ilk əsərini 10 yaşında bəstələyib. Cem ən zövqlü istirahətinin də film izləmək olduğunu bildirib.
   Qeyd edək ki, Tuncel Kurtiz, Nejat İşler, Erkan Can, Şevval Sam, Taner Birsel, Derya Alabora, Rıza Sönmez, Serhat Tutumluer, Almıla Uluerin rol aldığı film real məkan əsasında çəkilib. Fırtınalı ömür sürmüş 70 yaşlı rəssam, infarktdan sonra karyerasını tərk edən vəkil, peşəsindən bezmiş və üstəlik həyat yoldaşı tərəfindən tərk edilmiş həkim, həyata qarşı tək müqavimət göstərən, yalnızlığı həyat tərzi halına gətirən iş qadını... Bütün bunları birləşdirən bir məkan var: “Siyah Bəyaz” Barı.
   İntiqam