Sentyabrın 3-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda rəssamlar İlqar Əkbərov və Nəvai Məmmədoğlunun əsərlərindən ibarət sərgi açılacaq. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə təşkil ediləcək sərgidə bu rəssamların boyakarlıq janrında əsərləri nümayiş etdiriləcək.