Dövlət sifarişi ilə “Ritm production” prodüser mərkəzində çəkilən "40-cı qapı" filmi qısa müddət ərzində 20-dək beynəlxalq festivalda (İtaliya, İspaniya, ABŞ, Rusiya, Almaniya, Çexiya və s.) iştirak edib. Filmin yaradıcı heyəti bir sıra mükafatlara (“Ən yaxşı film”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı operator işi”, “Ən yaxşı debüt”, “Ən yaxşı xarici film”) layiq görulüb. Film aprel ayında Azərbaycan Kinosu Həftəsi proqramında respublikamızın bir sıra bölgələrində nümayiş olunub.
   İndi isə «40-cı qapı» Bakıda geniş tamaşaçı auditoriyasının üzünə açılır.
   Mayın 20-də Heydər Əliyev Sarayında paytaxt tamaşaçıları üçün filmin yeni təqdimatı keçiriləcək.
   Xatırladaq ki, filmin ssenari müəllifi və rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdürrəhim Bəşarat, rəssamı Elxan Nəbiyev, bəstəkarı Natəvan Faiq, səs rejissoru Məsud Behnamdır.
   Rollarda Həsən Səfərov, Rövşən Ağayev, Gülər Nəbiyeva, Elmira Şabanova, Rafiq Əzimov və başqaları çəkilib.