Noyabrın 5-də Bakı İncəsənət Mərkəzinin "Yeni Gallery" sərgi salonunda Gülxan Bəydəmirin xəttatlıq əsərlərindən ibarət fərdi sərgisi açılacaq. Mərkəzdən verilən məlumata görə, bu, rəssamın Bakıda keçiriləcək ikinci sərgisidir. Gülxan Bəydəmirin bir çox əsərləri Azərbaycan, Türkiyə, Almaniya, Hollandiya, Avstriya, Koreya və Fransa kolleksiyaçıları tərəfindən alınıb. Azərbaycanlı sənətkarın Almaniyada və Avstriyada fərdi sərgiləri açılıb. Gülxan Bəydəmr Azərbaycanda unudulmaqda olan daş üzərində oyma sənəti ilə məşğul olur və bu sahədə ustalar yetişdirib.