Noyabrın 26-da Bakı Rəsm Qalereyasında tanınmış rəssam Gülnarə Məmmədovanın fərdi yaradıcılıq sərgisi açılacaq. Qalereyadan bildiriblər ki, Azərbaycan-Türkiyə dostluğuna həsr edilmiş sərgidə müəllifin yağlı boya ilə çəkilmiş 35 rəngkarlıq işi təqdim olunacaq. Onların arasında milli türkçülük mövzusuna həsr olunmuş əsərlər üstünlük təşkil edəcək.
   Xatırladaq ki, Gülnarə Məmmədovanın rəsm əsərləri ölkəmizdə və xaricdə bir çox şəxsi kolleksiyalarda saxlanılır.