“Yaddaş” studiyasında görkəmli rəssam Tahir Salahov haqqında sənədli film istehsalata buraxılıb. Şərti adı "Ürəklə şəkil çəkən rəssam" olan ekran əsərinin hazırlıq işi yekunlaşıb. Hazırda Bakıda filmin çəkilişlərinə start verilib.
   "Ürəklə şəkil çəkən rəssam" filmi rəssam Tahir Salahovun keçdiyi həyat yolundan, yaradıcılığından bəhs edəcək. Rəssamın Azərbaycanda və Rusiyadakı fəaliyyəti haqqında danışılacaq. Sənədli filmin rejissoru Ziya Şıxlinski, operatoru Adil Abbasov, ssenari müəllifi Toğrul Cuvarlıdır.