Fevralın 23-də Moskvadakı Mərkəzi Rəssamlar Evində Azərbaycan rəssam və heykəltəraşlarının əsərlərindən ibarət sərgi keçiriləcək. Dünya Rəssamlar Akademiyasının təşkil etdiyi “Yeni era” sərgisinin ekspozisiyasına Azərbaycan Dövlət İncəsənət Universiteti dekorativ-tətbiqi sənət kafedrasının müdiri Arif Əzizin, Azərbaycan Rəssamlar İttifaqının üzvü, professor Səmədağa Cəfərovun, Rəssamlar İttifaqının üzvü Nağdəli Xəlilovun tabloları, habelə Xalq rəssamı Xanlar Əhmədovun heykəltəraşlıq əsərləri daxildir.