İyunun 7-də “Bakı Expo” sərgi mərkəzində açılan 18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgisi çərçivəsində uşaqların rəsm işləri nümayiş etdirilib. Bakıdakı “DA-ART” təsviri sənət mərkəzinin kiçikyaşlı rəssamları sərgi mərkəzinin foyesində ustalıqlarını göstəriblər. 8-14 yaş arasında 10 uşaq burada ixtiyari mövzuda şəkil çəkib mini sərgi hazırlayıblar. Onların məharəti beynəlxalq sərgi iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Sərginin ikinci günü DA-ART-ın digər kiçikyaşlı rəssamlarının əl işləri iştirakçılara təqdim ediləcək.