Beynəlxalq karikatura müsabiqəsi
   
   Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının (FECO), Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyi ilə IV “Molla Nəsrəddin” Beynəlxalq karikatura müsabiqəsi elan edib.
   Karikaturaçı Rəssamlar Birliyindən bildiriblər ki, beynəlxalq müsabiqə “Molla Nəsrəddin” satirik jurnalının 105 illiyinə həsr olunub. “Narkotikaya yox!” mövzusuna həsr olunmuş müsabiqədə iştirak etmək istəyənlər rəsmlərini Karikaturaçı Rəssamlar Birliyinin elektron ünvanına (mollanasreddin2011@yahoo.com) göndərə bilərlər. Müsabiqənin qalibləri avqustun 10-da məlum olacaq.