İyulun 1-də Türkiyənin Mersin şəhərinin Silifke rayonunda TÜRKSOY-un və yerli bələdiyyənin təşkilatçılığı ilə türkdilli dövlətlərin 38-ci Beynəlxalq Silifke Mədəniyyət Həftəsinin möhtəşəm açılış mərasimi keçirilib. “Trend”in məlumatına görə, bayram ab-havası ilə baş tutan tədbirə Türkiyənin çox nüfuzlu ictimai xadimləri, Mersinə yaxın şəhərlərin rəhbərləri və bələdiyyə başçıları qatılıblar. Azərbaycandan festivalda üç müğənni - Günel Ələkbərova, Nurlan Əzizbəyli, Cəlal Abbasov, habelə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Samid Rzayev, media mənsubları iştirak ediblər.