Türkiyənin paytaxtında keçirilən IV Böyük Ankara festivalında 16 ölkənin folklor və rəqs qrupları, o cümlədən Azərbaycandan rəqs qrupu iştirak edir. Festivalın açılışında Ankara bələdiyyəsinin sədri Məlik Gökçək, Türkiyə Böyük Millət Məclisinin deputatları, Azərbaycanın qardaş ölkədəki səfirliyinin əməkdaşları, paytaxtda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər. Türkiyənin tanınmış incəsənət ustalarının da çıxış etdikləri konsertlər, paytaxtın müxtəlif rayonlarının reklam guşələri, mətbuat tarixi ilə bağlı sərgi, yarmarkalar ankaralıların və şəhərin qonaqlarının böyük marağına səbəb olmuşdur.
   IV Böyük Ankara festivalı iyulun 10-dək davam edəcək.