Türkiyənin Kocaeli şəhərinin Qaramürsəl qəsəbəsinin düşmən işğalından azad edilməsinin 90-cı ildönümü münasibətilə təşkil edilən qurtuluş şənliklərində Azərbaycanın rəqs qrupunun çıxışı böyük maraqla qarşılanıb. Qaramürsəl bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən şənlikdə 7 ölkənin folklor qrupu qatılmışdı.
   Məqsəd qardaşlıq və dostluq münasibətlərinin daha da gücləndirilməsidir. Azərbaycan rəqs qrupunun çıxışı tamaşaçıların alqışlarını qazanmış, onlara maraqlı dəqiqələr yaşatmışdır.