Məşhur renesans rəssamı Leonardo da Vinçiyə aid olduğu düşünülən və əsrlərdir axtarılan rəsm əsəri tapılıb. Mütəxəssislər “Dünyanın xilaskarı” (Savior of the World) adlandırılan rəsm əsərinin Leonardo da Vinçiyə aid olduğunu təsdiqləyiblər. Qeyd edək ki, Həzrət İsanın təsvir olunduğu tablonun uzun illər kimə məxsus olduğu isə hələ də naməlum qalıb. Xatırladaq ki, Leonardo da Vinçinin adıçəkilən tablosu indi ABŞ-ın Nyu-York şəhərində yerləşən Metropolitan Muzeyində sərgilənən eksponatlar arasındadır.