Türkiyənin Trabzon şəhərində keçirilən IV Beynəlxalq rəsm festivalında Azərbaycanın qadın rəssamlarının sərgisi açılıb. “Femin Art” incəsənət dərnəyinin təşkilatçılığı ilə təşkil edilən sərgiyə 14 ölkədən 70-dək rəsm əsəri təqdim edilib. Məqsəd xalqlar arasında sənət körpüsünü daha da genişləndirməkdir.
   İyulun 10-dək davam edəcək festival çərçivəsində iştirakçılar bölgənin tarixi və turizm məkanları ilə də tanış olacaqlar.