İyulun 27-də Londonda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistri, rəssam Nailə Zülfüqarovanın fərdi sərgisi açılacaq.
   Sərgidə nümayiş olunacaq əl işlərinə gənc rəssamın yağlı boya və akrillə çəkdiyi portretlər və natürmortlar daxildir. İndiyədək Azərbaycan paytaxtında və Londonda fərdi sərgiləri keçirilmiş Nailə Zülfüqarova 1981-ci ildə Bakıda anadan olmuşdur. Gənc rəssam hazırda Londonda yaşayır.