Neftçilər Günü münasibətilə rəngkarlıq müsabiqəsi keçirilir
   
   20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "İncəsənət enerjisi - ART energy" mövzusunda rəngkarlıq müsabiqəsi elan edib.
   
   Müsabiqəyə təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməli, rəngkarlıq əsərləri vasitəsilə Azərbaycan Respublikasının təbiətini, tarixini, mədəniyyətini və iqtisadiyyatının inkişafını tərənnüm etməlidir.
   Təqdim olunacaq əsərlər ARDNŞ-nin, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının nümayəndələrindən və tanınmış rəssamlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin ümumi mükafat fondu 18 min manat təşkil edir: I yer 1 mükafat - 6000, II yer (2 mükafat) - 3000, III yer (3 mükafat) - 2000 manat.
   Rəsm işləri 10 sentyabr 2012-ci il tarixədək qəbul olunacaq. Əlavə məlumatı http://www.socar.az/neftmuzeyi/elanlar.html internet səhifəsindən almaq olar.