Azərbaycanlı rəqqaslar Eldar Cəfərov və Anna Sajina ilk dəfə olaraq Zalsburqda (Avstriya) "WDC European Championships Professional 10-Dance" yarışmasında iştirak ediblər. Cütlük Avropanın onlarla rəqqası arasında yarışmada birinci yerə çıxıb.
   Azərbaycanlı rəqqaslar tarixdə ilk dəfədir ki, Avropada belə bir mötəbər yarışmanın qalibi olurlar. Avstriya, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya və s. ölkələrdən 21 rəqs duetinin iştirak etdiyi yarışmanı Avstriya, Çexiya, Danimarka, Finlandiya və Macarıstandan olan münsiflər qiymətləndiriblər.
   Eldar Cəfərov və Anna Sajina bu il Moskvada keçirilən “Qış ulduzu-2012” və Londanda baş tutan “The Universal Championships” Avropa proqramının qalibi olmaqla yanaşı, bir sıra beynəlxalq müsabiqələrin də mükafatçılarıdırlar.