Dekabrın 11-də “Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində daha bir layihə Azərbaycan Rəssamlar İttifaqının Art Qalereyasında təqdim edildi. İncəsənət nümunələri ilə tanış olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sənət adamlarına yeni yaradıcılıq uğurları arzuladı.
Biennalenin kuratoru Dilarə Vahabova sərgidə Azərbaycan və Türkiyə rəssamlarının əsərlərinin nümayiş etdirildiyini bildirdi. Leyla Axundzadə, Emil Xəlilov, Rəşid Axundzadə, Deniz Pireci, Leyla Emadi, Denizhan Özer, Aslı Özok, Pemra Aksoy, Burcu Orhon və Ekin Onat Von Merhartın sərgidə nümayiş etdirilən yaradıcılıq nümunələri maraqla qarşılandı.